DÖVLƏTƏ BAĞLILIQ VƏ ƏXLAQ

"İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir. Qurani-kərimin bütün kəlamları bu gün Azərbaycanda Allah`ın yolu ilə getməyimiz üçün məşəldir". HEYDƏR ƏLİYEV

Buraya qədər dövlətə bağlılığın əhəmiyyətini fərqli prizmalardan araşdırdıq. Vətəndaşlarımızın dövlətimizə daima hörmət etmələrinin lazım olduğunu, ancaq bu şəkildə sülh, hüzur və rifah təmin edilə biləcəyini açıqladıq. Ancaq bütün bu məntiqi səbəblərdən başqa dövlətə bağlılığı təmin edən əsl amil cəmiyyətdə görünən əxlaq anlayışıdır.

Əgər bir cəmiyyətdə mənfəətpərəstlik geniş şəkildə yayılarsa, üsyan və qarşıdurma məqbul görülərsə, hörmət və fədakarlıq kimi anlayışlar tərk edilərsə, bu vəziyyətdə o cəmiyyətin fərdlərinin dövlətə bağlı olmaları da düşünülə bilməz. Çünki dövlətə bağlılığın təməlində müəyyən tərbiyə və əxlaq dayanır. Bu tərbiyə və əxlaq olmazsa və yuxarıda ifadə etdiyimiz pis əxlaq xüsusiyyətləri cəmiyyətdə yayılarsa, dövlətə bağlılıq anlayışı da özlüyündən ortadan qalxmağa başlayar.

Haqqında danışdığımız tərbiyə və əxlaqın təməlində isə dini inanclar durur. Belə ki, ümummilli liderimiz Heydər Əliyevin: "Biz azərbaycanlılar - bu, sonradan gələcək bütün nəsillərə də tövsiyə olunur - heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq", - sözü bu həqiqəti açıq şəkildə qoyur.

Dinin insanlara qazandırdığı itaət xüsusiyyəti

Məlum olduğu kimi, bir cəmiyyətdə əmin-amanlıq o cəmiyyətdəki insanların dövlətə və onun bütün strukturlarına göstərdikləri itaət, hörmət və etibarla təmin edilə bilər. Quranda isə itaət məqbul sayılan əxlaq xüsusiyyəti olaraq təşviq edilir. Allah müsəlmanlara bir çox ayəsi ilə itaəti əmr edir. Dolayısilə, Quran əxlaqına görə yaşayan insanların meydana gətirdiyi cəmiyyət, eyni zamanda, dövlətə itaət və hörmətin ən yüksək dərəcədə yaşandığı bir mühit olar.

Din, eyni zamanda, insanları hər cür anarxiya və terror hərəkatından da uzaq tutar. Çünki Allah Quranda insanları fitnə-fəsaddan uzaq durmağa çağırmışdır. Bu mövzu ilə əlaqədar bir çox ayə var:

…Allah`ın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin! (Bəqərə surəsi, 60)

(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz! (Bəqərə surəsi, 205)

Yer üzü düzəldikdən sonra, orada fəsad törətməyin... (Əraf surəsi, 56)

…Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini azaltmayın. Yer üzü düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz möminsinizsə, bu, sizin üçün xeyirlidir! (Əraf surəsi, 85)

Allah`ın sənə verdiyindən özünə axirət qazan. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz! (Qəsəs surəsi, 77)


Din əxlaqını lazımi kimi qavrayan və yaşayan insan Allah`ın yuxarıdakı ayələrindəki əmrinə uyğun olaraq qarışıqlıq çıxarmaqdan çəkinər. Quran əxlaqına uyğun hüzur və sükunət dolu, həmişə problemləri həll etməyə çalışan, hadisələri böyütməyən, əksinə, həmişə barışdırıcı mövqedə olar.

Dövrümüzdə dinin bəzi çevrələr tərəfindən səhv başa düşüldüyü və tətbiq olunduğu doğrudur. Halbuki, yuxarıdakı Quran ayələrində izah edilən həqiqi dindar modeli cəmiyyətdə yayılarsa, ictimai həyat da çox firavan olar. İnsanlar dövlətə bəslədikləri güvən və hörməti ona itaət etməklə göstərərlər. Polisə və digər təhlükəsizlik güclərinə aqressiv davranan, çətinlik yaradan insanlar olmaz. Əksinə, İslam əxlaqını yaşayan insanlar çox yardımsevər və mərhəmətli olduqlarından təhlükəsizlik qüvvələrinin yanında olar, onların işlərini asanlaşdıracaq şəkildə hərəkət edərlər. Bu əxlaqdakı insanların varlığı sayəsində cəmiyyətdən anarxiya, terror, qarışıqlıq və düşmənçilik aradan qaldırılar. İnsanlar arasındakı qarşıdurma və mübahisələr tamamilə aradan qalxar.

Din əxlaqı ictimai həyatı necə dəyişdirir?

Dinin varlığı Allah sevgisini özü ilə gətirdiyi üçün bu, bütün insanlara çox müsbət və gözəl təsir edər. Hər kəs Allah`ın razılığını qazanmaq üçün gözəl əxlaq göstərər, bir-birini Allah rizası üçün sevər. Bütün cəmiyyətə şəfqət, mərhəmət və gözəllik hakim olar. İnsanlar Allah`ın əmri istiqamətində xeyirlərdə yarışarlar. Digər tərəfdən, Allah qorxusu sayəsində hər kəs əxlaqsızlıqlardan və pisliklərdən çəkinər. Əsrlərlə qarşısı alına bilinməyən hər cür mənfi hallar bir anda bitər. Dinin sevgi və sülhsevər ruhu hər yerə hakim olar. Əlbəttə, burada nəzərdə tutulan Qurandakı həqiqi dindir və bu dinin səmimi olaraq yaşanmasıdır.

Bir cəmiyyətin varlığında ailənin rolu çox böyükdür. Dinin tam mənası ilə yaşandığı mühitdə daha əvvəlki mövzularda ifadə edildiyi kimi, ailə münasibətləri çox gözəlləşər, həqiqi sevgi və hörmət yaşanar. Ailə olmazsa, dövlət və millətin də mənası qalmaz. Bunlar bir-biri ilə çox əlaqəli anlayışlardır. Ailə dağıldıqda millət anlayışı da yox olar, dövlət də zərər görər.

Belə ki, dinin yaşanmadığı cəmiyyətlərdə insanların üsyankar davrandıqları, anarxist hərəkatlara qoşulduqları, dövlətə qarşı cəbhə aldıqları məlum olan həqiqətdir. Xüsusilə də milli və mənəvi dəyərlərin qorunmasının lazım olduğu şəraitlərdə Allah qorxusu olmayan insanların laqeyd davranacaqları qətidir. Milli və mənəvi mənfəətlərlə öz mənfəətləri arasında seçim lazım gələrsə, dindən uzaq insanların asanlıqla nəfslərini seçəcəkləri aydındır. Bu, yeri gəldiyində vətənə və millətə xidmət etməkdən, onun uğrunda mübarizə aparmaqdan qaçmağa, hətta separatçı fəaliyyətlər göstərməyə qədər geniş miqyasda düşünülə bilər.

Halbuki, dini yaşayan insanlar üçün dövlət və millət anlayışları çox böyük dəyərə malikdir. Lazım olduqda dövlət üçün canını təhlükəyə atar, dövlətinin və millətinin mənfəətlərini şəxsi mənfəətlərindən üstün tutarlar. Milli və mənəvi dəyərlərini canla-başla qoruyarlar.

Din əxlaqının yaşandığı bir mühitdə tələbələr də dövlətə, millətə qarşı hörmət və sevgi bəsləyər. Bu müqəddəs quruluşlara qarşı mübarizə aparmaz, əksinə, dəstək verib, kömək edərlər. Dövləti qoruyan, müdafiə edən məmurlara hörmət edərlər. Cəmiyyət daxilində dövlətə, orduya və polisə qarşı güvən və sahib çıxma duyğusu inkişaf edər. Hər kəs Allah`ın kitabına iman gətirər, onda bildirilən gözəl əxlaq anlayışını mənimsəyər, nəticədə də heç kim anlaşmazlığa düşməz. Problemlərin həllində hər kəs özünü qarşısındakının yerinə qoyar, mərhəmət edər, hörmətlə yanaşar. Bu şəkildə hər problem qısa müddətdə gözəlliklə həll olar.

Dövlət belə bir mühitdə çox rahat şəkildə idarə olunar. Ölkə daha rifah şəraitdə yaşayar. İdarəçilər də insanlara qarşı ədalətli, mərhəmətli olar, hər cür ədalətsizlik ortadan qalxar. Dolayısilə, özləri də çox hörmət görərlər. Belə dövlətlər çox güclü və sarsılmaz təmələ sahib olurlar.

Din əxlaqı yaşanmadıqda isə ata oğula, oğul ataya düşmən olar, qardaş qardaşa qarşı çıxar, işçi müdirə, işə götürən işçiyə düşmən olar. Anarxiya səbəbindən fabriklər, iş yerləri işləməz, ziyan görər. Sosial anarxiya başlayar, kasıb təbəqələr zənginlərə hücum edər, zənginlər kasıbları əllərindən gəldiyi qədər istismar etməyə çalışar. İctimai qarışıqlıqlar, anlaşılmazlıqlar, anarxiya bitməz.

Bütün bunların səbəbi insanların Allah qorxularının olmamasıdır. Allah qorxusu olmayan insanlar rahat şəkildə haqsızlıq və ədalətsizlik edər, cinayət törədər, bənzəri görünməmiş zülm və qəddarlıqlardan çəkinməzlər. Üstəlik, vicdan əzabı çəkmədən etdikləri vəhşilikdən peşman olmadıqlarını söyləyərlər. Halbuki, Allah`a qarşı məsuliyyət hissi olan bir insan bu hərəkətlərə əsla yol verməz.

Din əxlaqı yaşandığında bu saydığımız mənfi halların heç biri qalmaz. Hər şey dinc yolla, gözəllik və ədalətlə həll edilər. Qanuna zidd hadisələr olmaz, polis bölmələri demək olar ki, fəaliyyət göstərməz. .



Share to Facebook