FƏRQLİ SİYASİ FİKİRLƏRİN DÖVLƏTƏ BAĞLILIQDA BİRLƏŞMƏSİ

"İnsan azadlığı, söz, vicdan azadlığı, insan hüquqlarının qorunması, bütün vətəndaşların eyni hüquqa malik olması, siyasi plüralizm Azərbaycanda demokratik cəmiyyətin əsas atributları kimi bərqərar olmalıdır". HEYDƏR ƏLİYEV

Demokratik cəmiyyətdə ölkə məsələlərinin həllində hər kəsin və hər qrupun fərqli fikirləri ola bilər. Məsələn, bəziləri azad bazar iqtisadiyyatını müdafiə edə bilər, bəziləri qarışıq iqtisadiyyatın faydalı olacağını düşünər. Eyni qaydada xarici siyasətdən tutmuş ölkənin abadlaşdırılması məsələlərinə qədər hər mövzuda fərqli fikirlər ola bilər. Dünyagörüşü cəhətdən də cəmiyyətin bir hissəsi daha mühafizəkar, bir hissəsi daha liberal olar. Amma əhəmiyyətli olan bütün bu fərqli siyasi və mədəni cərəyanların dövlətə bağlılıq mövzusunda ortaq davranış göstərmələridir.

Çünki bütün bu qruplar Azərbaycan Respublikasının tərkib hissəsidir və ancaq Azərbaycan dövləti güclü olduğu təqdirdə müstəqil millət olaraq yaşamaq imkanına sahibdirlər. Öz aralarında siyasi mübarizə apara bilər, fərqli partiyalar qura bilərlər. Amma hamısı dövlətə sadiq, dövlətin və dövlət təşkilatlarının qorunması mövzusunda eyni həssaslıqda olmalıdır.



Share to Facebook