Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı keçirilmişdir


Qəbələdə, Heydər Əliyev Konqres Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) III Zirvə toplantısı keçirilmişdir.

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) III Zirvə toplantısında iştirak etmək üçün Qəbələdə səfərdə olan Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi, Türkiyə Prezidenti Abdullah Gülü, Qırğızıstan Prezidenti Almazbek Atambayevi və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyevi qarşıladı.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Ötən il sammitin keçirildiyi Qırğızıstanın Prezidenti Almazbek Atambayev Qəbələ zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi. O, qarşıdakı fəaliyyət dövründə də təşkilatın bir çox uğurlara nail olacağına əminliyini ifadə etdi və növbəti il üçün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyin Azərbaycana keçdiyini dedi.


Prezident.az



İzlənmə sayı: 1850


Share to Facebook