PROBLEMLƏRİN DÖVLƏTLƏ UZLAŞARAQ HƏLL EDİLMƏSİ

"Kim müxalifətdə durursa-dursun, ancaq vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə durmasın". HEYDƏR ƏLİYEV

Dövlət tərəfindən cəmiyyətin ümumi faydası üçün yeridilən siyasət bəzən cəmiyyətdəki bəzi qrupları narahat edə bilər. Onlar dövlətin apardığı siyasətin onlara zərər verdiyini düşünə bilərlər. Lakin bu kimi vəziyyətlərdə həll yolu dövlətə qarşı çıxmaq, küçələrə axışıb dövlətə etiraz etməyə çalışmaq, hətta dövlətin təhlükəsizlik güclərinə qarşı çıxmaq deyildir. Həll yolu problemlərin və tələblərin dövlətə bildirilməsi və dövlətlə birlikdə həll yollarının axtarılmasıdır.

Belə ki, dövlətin bunun kimi tələb və problemləri həll edən mexanizmləri var. Dövlətimiz cəmiyyətin tələblərini dinləməyən bir qurum deyil. Əksinə, dövlət mövcud məhkəmə sistemi ilə vətəndaşların mənafelərini qorumağa yönələn quruluşdur. İstəyən hər kəs ərizə ilə dövlət orqanlarına müraciət edə bilər və kömək istəyə bilər. Hətta müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə sərbəst toplaşa bilər, fikirlərini demokratik yolla ifadə edə bilər.

Azərbaycan Respublikası vətəndaşları bu xüsusları nəzərə almalı və hər cür problem və şikayətlərini dövlətə zidd davranmaqla deyil, dövlətin rəsmi instansiyalarına müraciət etməklə və uzlaşma yolu ilə həll etməyə çalışmalıdırlar. Buna uyğun olmayan hərəkət onu edən şəxsə heç bir fayda verməməklə yanaşı, cəmiyyətimizə də yalnız narahatlıq verər.



Share to Facebook